Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Babayev Adil Məhəmməd oğlu 1938-ci ildə Naxçıvan MR Ordubad rayonu Dırnıs kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakütəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1962-ci ildən bu günə kimi Azərbaycan Dillər Universitetində işləyir. 1969-cu ildə namizədlik, 1996-cı ildə filologiya üzrə namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.
Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvüdür.
Dilçilik, ədəbiyyatşünaslıq, jurnalistlik, habelə bədii yaradıcılıqla məşğul olur. İndiyədək onun 20 kitabı, 24 proqramı, 200-ə qədər müxtəlif xarakterli məqaləsi çap olunmuşdur. Ali məktəblər üzrə 4 dərsliyin alternativsiz müəllifidir. 12 nəfər elmlər namizədinin elmi rəhbəri, 3 nəfər elmlər doktorunun məsləhətçisi, 40 nəfərin opponenti olmuşdur.
Onun “ O qızı hər gün görürsən" pyesi televiziyada dəfələrlə göstərilmişdir.
Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsindən bəhs edən “Koroğlunun Çənlibelə qayıdışı” Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2008-ci ildən fasiləsiz göstərlir.
”Sarı Gəlin” pyesi 1989-cu ildən Azərbaycan televiziyasında göstərilir. İndi Naxçıvanda tamaşaya qoyulmuşdur.
“Apardı sellər Saranı” müəllifin son pyesidir. “Apardı sellər Saranı” pyesi 1918-ci ildə Naxçıvanı Andranik qoşunlarının qırğınından xilas etməsinə həsr edilmişdir.
O, Dilçilik və ədəbiyyatşünaslıq sahəsində məhsuldar çalışır.