Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rəhimli Günel Əşrəf qızı 1988-ci ildə Naxçıvan MR-nın Ordubad rayonu Vənənd kəndində anadan olmuşdur. 2005- ci ildə Bakı şəhərində 261 saylı məktəb liseyi bitirmiş. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili almış, 2009-2012-ci illərdə həmin fakültənin “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasının magistrantı olaraq təhsilini davam etmişdir. 2014-2017-ci ildə BDU-nun Azərbaycan tarixi kafedrasının doktorantı olaraq Günel Rəhimli “Səfəvilərin Ərdəbil hakimliyi və Qızılbaş ideologiyası” adlı dissertasiya işini yazmış, 17 mart 2023-cü il tarixində Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
Akademik fəaliyyəti dövründə Business English: Networking (University of Washington), Get Organized: How to be a Together Teacher (RELAY/GSE), Presentation skills: Designing Presentation Slides (Tomsk State University), Azərbaycanda Tədqiqat Potensiyalının gücləndirilməsi (ADA Universiteti), Islamic Art (Aga Han Museum), Microsoft Office Programs (AMEA İnformasiya Texnologiyaları İnstitutu), Academik Writing and Scientific Refeeing (IKSAD,Turkiye), Researcher Connect Online Training Programme (British Council) Gender bərabərliyinin təmin olunması: Qadınlar diqqət mərkəzində Qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə (İnsan Hüquqları İnstitutu və BMT-nin Əhali fondu) kimi kurs və təlimlərərin iştirakçısı olmuşdur. Beynəlxalq və yerli konfranslarda məruzə ilə çıxış etmiş, ölkədə və xaricdəki elmi jurnallarda 24 elmi məqalələri dərc edilmişdir.