Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Ağayev Ağa Rza oğlu 1906-cı ildə Ordubad rayonunun Üstüpü kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirməsi onun uşaqlıq illərinin ağır keçməsinə səbəb olmuş, lakin o, şəxsi bacarığı, iradəsi və əməksevərliyi sayəsində ictimai-siyasi fəaliyyət sahəsində yüksəlmişdir.
Sovet hakimiyyətinin qurulmasından sonra Ağa Ağayev savad kursunu, daha sonra Gürcüstanda partiya fəalları üçün təşkil olunmuş kursu bitirmişdir.
Bundan sonra o, Naxçıvan Ölkə Komsomol Komitəsinin gənclər seksiyasının müdiri vəzifəsinə irəli çəkilmişdir. 1929-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Ağa Ağayev müxtəlif illərdə Naxçıvan Ölkə Komsomol Komitəsində təlimatçı, təbliğat və təşviqat şöbəsi müdirinin müavini, keçmiş Əbrəqunus Rayon Partiya Komitəsinin katibi vəzifələrində çalışmışdır. Onun uzunmüddətli fəaliyyəti nəticəsində zəngin partiya və dövlət idarəçiliyi təcrübəsi formalaşmışdır.
Sonrakı dövrlərdə maarif, həmkarlar ittifaqları və sovet idarəetmə orqanlarında bir sıra rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
1953-cü ildən ömrünün sonunadək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətində məsləhətçi vəzifəsində çalışmışdır.
O, muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, partiya və dövlət siyasətinin əhali arasında təbliği istiqamətində səmərəli fəaliyyət göstərmişdir. Təcrübəli təşkilatçı və təbliğatçı kimi tanınan Ağa Ağayev dövlət və hökumət orqanları tərəfindən yüksək qiymətləndirilmişdir.
Ağa Ağayev fəaliyyəti dövründə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, həmçinin Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərman və medalları ilə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikasında təcrübəli dövlət və partiya təşkilatçısı kimi tanınan Ağa Rza oğlu Ağayev 7 may 1973-cü ildə vəfat etmişdir.
Onun vətənə və xalqa sədaqətlə xidmət edən fəaliyyəti ictimai yaddaşda öz izini qoruyub saxlamışdır.