Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rzayev Qürbət İsmayıl oğlu - 1941-ci ildə Qazaxıstan Respublikasının TaldıKurqan vilayətinin Kirovski rayonunun Kirov kəndində anadan olmuşdur.
1949-1960-cı illərdə Qazaxıstanın Kirov rayonunda orta məktəbdə təhsil almış, 1960- 1961-ci illərdə Aza kənd məktəbində orta təhsilini başa vurmuşdur. 1962-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun qiyabi şöbəsinə qəbul olunmuş, həmin ildən Ordubad rayonunun Sabirkənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O, 1967-ci ildə Sabirkənd orta məktəbinin tədris işləri üzrə direktor müavini, 1968-1972-ci illərdə həmin məktəbin direktoru, 1972-1996-cı illərdə Sabirkənd orta məktəbində rus dili müəllimi, 1996-1999-cu illərdə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Qürbət Rzayev 1999-cu ildən ömrünün sonuna qədər Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri vəzifəsində işləmiş, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. Əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanına layiq görülmüşdür.
Rzayev Qürbət İsmayıl oğlu 2019-cu il avqustun 9-da vəfat edib.
Evli olub, 10 övladı var.