Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Ağrılı Reyman Xəncan oğlu 1954-cü il may ayının 7-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ağrı kəndində dünyaya göz açmış Reyman müəllim orta təhsilini bitirdikdən sonra elm və zəhmət yolunu seçdi. Gənc yaşlarından zəhmətsevərliyi və məqsədyönlülüyü ilə seçilərək Bakı Neft Texnikumunda (indiki Kollec), daha sonra isə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) Neft-mədən fakültəsində təhsil aldı.
Ordu sıralarında Vətənə şərəflə xidmət etdikdən sonra 1975–2015-ci illərdə Dövlət Neft Şirkətinin “Azərneftgeofizikakəşfiyyat” trestində çalışaraq, uzun illər baş geoloq, sonra isə baş direktor müavini vəzifələrində çalışdı. Onun səmimiyyəti, məsuliyyəti və insanlara qarşı qayğısı həmkarlarının, dostlarının və ailəsinin qəlbində dərin hörmət oyatdı.
2015-ci ildən Bakı şəhər icra hakimiyyətinin 25 saylı Xüsusi Təyinatlı Mənzil-İstismar Komunal Sahəsinin müdiri vəzifəsində işləyən Reyman müəllim hər zaman işinə vicdanla yanaşdı, insanlara ədalətlə davrandı.
O, sadəcə bir rəhbər və mütəxəssis deyildi - o, hər kəsin köməyinə çatan, insanların dərdini öz dərdi bilən, ürəyi mərhəmətlə dolu bir insan idi. Doğma torpağına, kəndinə və elinə olan sevgisi onu Ordubad rayonu “7 kənd Cəmiyyəti”nin sədri seçilərək, el üçün həmişə dayaq, söz sahibi və qayğıkeş bir ağsaqqal idi. O, doğulduğu yerin, Ordubad torpağının adını daim ucalarda tutdu.
2025-ci il oktyabr ayının 8-də Bakıda vəfat etmişdir.