Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Fərəcov Əmiraslan Əmiraslan Əli oğlu 8 mart 1954-cü ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1971-ci ildə Dırnıs kənd orta məktəbini bitirdikdən sonra, həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) riyaziyyat fakültəsinə qəbul olmuş, 1976-cı ildə həmin İnstitutu fərqlənmə ilə bitirmişdir.
Təyinatla Ordubad rayonunun Dırnıs kəndində riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. Təşkilati və həvəskar video-operator bacarığı ilə seçilən Əmiraslan müəllim orta məktəbin mədəni-kütləvi tədbirlərinin təşkilini öz üzərinə götürmüşdür.
1980-ci ildən 2020-ci ilədək Dırnıs kənd orta məktəbinin direktoru vəzifəsində çalışmışdır.
Yaşı ilə əlaqədar olaraq, 2020-ci ildə əmək pensiyyasına çıxmışdır.
Bir neçə elmi-publisistik məqaləsi çap olunmuşdur.
Təmənnasız olaraq çalışdırdığı yüzlərlə şagirdi ali təhsil müəssisələrinə qəbul olmuş və ölkənin müxtəlif sahələrində çalışırlar.
Yaradıcı və zəhmətkeş insan olan Ə.Fərəcov tarixi, milli-mədəni və maarifləndirici həvəskar video-çarxları ilə izləyicilərin rəğbətini qazanmışdır.
Ən sevdiyi məşğuliyyəti bədii qiraət olmuşdur. Gözəl səs diapozonu - diksiyası sayəsində el şənliklərinin sevilən aparıcısı olmuşdur.
2025-ci il 11 noyabr tarixində uzun sürən xəstəlikdən vəfat edən Əmiraslan müəllim cismən və ruhən bağlı olduğu Dırnıs kəndində dəfn edilmişdir.