Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Mirəşrəf Mirhaşım oğlu Seyidov - 1943-cü ildə Ordubad şəhərinin qədim məhəllələrindən biri olan Sərşəhərdə mömin ailədə anadan olmuşdur.
Elə-obaya təmənnasız xidməti, eldarlığı və xeyirxahlığı ilə sayılıb-seçilən insanlardandır.
Camaat arasında belə bir deyim var: “Ordubada gələn çayçı Mirinin limonlu çayını içməmiş getməz”.
Hətta, dahi öndər Heydər Əliyev də “Böyük Çinar”ın altında yerləşən, zəngin adət-ənənəni yaşadan “EtnoÇayxana”da çayçı Miri kişinin çayına qonaq olmuş, onun Ordubad üçün fəaliyyətini yüksək qiymətləndirmiş və onu dəyərli adam adlandırmışdı.
Dövlətçiliyə, Ordubada cani-könüldən bağlı olan Miri kişi ən çətin və mürəkkəb vaxtlarda elin yanında olmuş, qabağa düşməkdən, Ağsaqqallıq etməkdən çəkinməmişdir.
Əməli işində “Əl tutmaq Əlidən qalıb” prinsipi ilə hərəkət edən Miri kişi bu gündə xeyriyyəçilik tədbirləri həyata keçirir - yeni nəslə örnək olmağa çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
YAP Ordubad rayon Təşkilatının yaranmasında fəal iştirak etmişdir.