Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Hüseynov Əlimərdan Fətəli oğlu 1 sentyabr 1943-cü ildə Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur.
1960-cı ildə Tivi kənd orta məktəbini bitirmişdir.
1962-1965-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
1966-1970-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır.
1970-1971-ci ildə Ordubad rayon Partiya Komitəsində təlimatçı, 1971-1976-cı illərdə Komsomol Komitəsinin 1-ci katibi işləmişdir.
1976-1978-ci illərdə Bakı Ali Partiya Məktəbində yüksək ixtisaslaşma kursunun dinləyicisi olmuşdur.
1978-1983-cü illərdə Ordubad Aqrar Sənaye Birliyi Komitəsinin katibi, 1983-1984-cü illərdə Dəstə Meyvəçilik Sovxozunun, 1984-1996-cı il Ordubad Konserv Zavodunun direktoru olmuşdur.
1996-2000-ci illərdə “Azərsun Holdinq”in Müşahidə Şurası sədrinin müşaviri vəzifəsində çalışmışdır.
2000-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərmişdir.
YAP-ın üzvüdür. Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının yaranmasında fəal iştirak etmişdir.
Hazırda təqaüdçüdür.
Ailələdir, 4 övladı var.