Qulu Quliyev

Qulu Quliyev

Çörəkçi - xeyriyyəçi

Quliyev Qulu Səlim oğlu 1892-ci ildə anadan olmuş, 1977-ci ildə Ordubad şəhərində vəfat etmişdir.

Çörəkçi peşəsinin dərin sirlərinə yiyələnən Qulu Quliyev Ordubad rayonunda xeyriyyəçiliyi ilə məşhur olub, "Allahın rizasına uyğun əməl"ləri ilə sayılıb-seçilib və yaddaşlarda qalıb.

El arasında “çörək verən kişi” - “Bombuçu Qulu" kimi tanınmışdır. 

Beləki, öz zamanında ehtiyacı olan ailələrə, müharibədə iştirak edən, hərbi xidmətdə olan şəxslərin yaxınlarına, habelə əsgərlərə pulsuz çörək bişirib paylamış, insanlara təmənnasız olaraq köməklik göstərməyə çalışmışdır.