Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
İsmayılov Vahid Cabbar oğlu 1978-ci il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Xətai rayonundakı 269 saylı orta məktəbin birinci sinfinə daxil olub.
1995-ci ildə həmin rayondakı 287 saylı «Gələcək Zəkalar» orta məktəbinin 11-ci sinfini bitirib.
1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və beynəlxalq hüquq» fakültəsində «beynəlxalq münasibətlər» ixtisası üzrə ali təhsil alıb. 1999-2001-ci illərdə həmin təhsil ocağında eyni fakültə və ixtisas üzrə magistratura pilləsində tam ali təhsilə yiyələnib. İxtisasca beynəlxalq münasibətlər üzrə mütəxəssis, tərcüməçi-referentdir.
2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin «Vətən tarixi» istiqaməti üzrə aspiranturasında əyani təhsil alıb. 2010-cu il aprelin 14-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdindəki Dissertasiya Şurasında «Cənubi Azərbaycan milli-demokratik hərəkatlarının məğlubiyyətində böyük dövlətlərin rolu (XX əsrin birinci yarısı)» mövzusunda tarix elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 iyun 2011-ci tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
2011-ci ilin iyununda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursları”nın məzunu olub.
Əmək fəaliyyətimə 1999-cu il oktyabrın 1-dən Azərbaycan Respublikası Müdafiə Nazirliyi «Azərbaycan Ordusu» qəzetində müxbir kimi başlayıb.
22 may 2001-ci ildə öz ərizəmə əsasən işdən azad olunmuş, ertəsi gün isə Bakı Şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən «İnterservis» Müdiriyyətində kompüter operatoru vəzifəsinə qəbul edilmişdir. 2001-ci il iyulun 23-də həmin müdiriyyətdə baş mütəxəssis vəzifəsinə yüksəldilib. 2006-cı il dekabrın 21-də öz ərizəmlə həmin vəzifədən azad olunmuş və Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti «Hüquq-müqavilə» sektorunun məsləhətçisi təyin olunmuşdur. 2008-ci il oktyabrın 7-də həmin departamentin «Beynəlxalq münasibətlər və xarici ölkələrin şəhərləri ilə əlaqələr» sektorunda aparıcı məsləhətçi vəzifəsinə keçirilib. 2010-cu il yanvar ayının 8-dən Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti «İnvestisiya Proqramları və Analitik İnformasiya» sektorunun müdiri vəzifəsinə təyin edilib.
2017-ci il martın 2-də Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin sədr müavini, 2018-ci il yanvarın 19-da isə həmin Departamentin sədri təyin olunub.
2019-cu il yanvarından Bakı Şəhər İcra Hakimiyyəti Xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi kimi çalışıb.
2025-ci il yanvarından hal-hazıra kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisidir.
Dövlət qulluğunun kiçik müşaviridir.