Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Həsənəliyev Nəriman Cəbrayıl oğlu 1938-ci il fevralın 11-də Azərbaycanda Naxçıvan MR Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildən təyinatla göndərildiyi Ordubad şəhər 1 saylı orta məktəbində müəllim kimi başlamışdır. Ordubad rayonunun Dırnıs kənd orta məktəbində müəllim (1962-1966), Sumqayıt şəhər radio verilişləri qovşağında redaktor (1966-1967), Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında elmi redaktor (1967-1968), böyük elmi redaktor və “Azərbaycan dili ensiklopediyası” qrupunun rəhbəri (1988-1989), respublika “Xatirə” kitabının baş redaktoru olmuşdur (1989-cu ildən).
1960-cı illərdən publisist məqalələri, müsahibələri və tərcümələri dövri mətbuatda müntəzəm çap olunmuşdur. “İllər, səndə nəyim qaldı”, “Övlad məhəbbəti ölüncədir”, “Fəryad səsləri”, “Qısa bir ömrün sorağındayam”, “Sifarişli qətl” kitabları onun tərtibi ilə nəşr edilmişdir.
2002-ci il yanvarın 29-da vəfat etmişdir.