Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rəşid Əsgər oğlu Qurbanov
18 may 1933-cü il Naxçıvan MR Ordubad rayonu
Yuxarı Əndəmic kəndi
Orta məkrəbi bitirdikdən sonra Ordubad
şəhərindəki pedoqoji texnikuma daxil olur
və oranı fərqlənmə diplomu ilə bitirir.
Sonra Bakı Ali Ümumqoşun Komandirləri
məktəbində təhsil alır, bitirdikdən sonra
SSRİ-nin bir sıra şəhərlərində xidmət edir
(Saratov, Aralsk, Orenburq) Lvov şəhəri Ali
Hərbi Siyasi məktəbi isə onu təşkilatçılıq bacarığını,
əsgəri keyfiyyətlərini formalaşdırmış, onu əsil zabit
kimi yetişdirmişdir.
Rəşid Qurbanov 1961-ci ildə kapitan rütbəsində
ordudan, təxris olunur. Elə həmin ildə Daxili İşlər
Orqanlarına işə qəbul olunur. Əvvəlcə Bakı şəhər Daxili
İşlər İdarəsində, sonra DİN-nin Cinayət axtarış Baş İdarəsində
işləyir. Rəşid Qurbanov eyni zamanda ADU-nin hüquq fakültəsini
bitirir.
1970- ci ilin sentyabrında Naxçıvan MSSR-nin Daxili İşlər Nazirinin
müavini, 1974-cü ilin may ayında Daxili İşlər Naziri təyin edilir.
R.Qurbanov daha sonra respublikanın xalq deputatı kimi
Naxçıvanın ictimai-siyasi həyatında yaxından iştirak edir.
Hüquqi biliklərin təbliğində fəal rol oynayır, gənc milis kadrlarının
yetişməsində müstəsna əməyi olmuşdur.
6 fevral 1997-ci ildə istefada olan polkovnik gözəl insan və qiymətli
mütəxəssis Rəşid Əsgər oğlu Qurbanov haqq dünyasına qovuşdu.