Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əliyev Nurlan Əli oğlu 1986-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Vənənd kəndində zəhmətkeş ailədə anadan olmuşdur.
Nurlan Ordubadlı 1-ci sinfə doğulduğu Vənənd kəndində gedib. Həmin məktəbi bitirdikdən sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yola düşür və xidmətini düşmənlə təmas xəttində - “N” saylı hərbi hissələrimizin birində aparır. Bu dövr ərzində qüsursuz xidməti ilə komandanlığın inam və etibarını qazanır.
Bununla əlaqədar, bir sıra xüsusi təyinatlı tapşırıqların yerinə yetirilməsi Nurlan Ordubadlıya tapşırılır. Eyni zamanda, Sədərək rayonunun Heydərabad kəndinə yaxın ərazidə Ermənistan-Azərbaycan arasında keçirilən müvafiq görüşlər zamanı müşayiət taborunda olur.
N.Ordubadlı uşaq yaşlarından musiqi sənətinə maraq göstərib. 2015-ci ildə "Lider” telekanalında keçirilən "Söz kəsəri” adlı layihənin qalibi olub. Lakin ailə vəziyyəti ilə əlaqədar bir müddət Rusiya Federasiyasında yaşayıb. İkinci Qarabağ savaşı başlamazdan bir müddət əvvəl isə yenidən ölkəyə qayıdıb.
44 günlük Vətən müharibəsi zamanı hər kəsin yumruq kimi birləşdiyi bir vaxtda Nurlan Ordubadlı vətənpərvər ruhlu mahnıları ilə öz xalqının yanında olur və sevimlisinə çevrilir.
Nurlan Ordubadlının yaradıcılığı bütünlükdə vətənpərvərlik mövzusundan ibarətdir. Şeirlərinin əsas mövzusunu vətənə sevgi, məhəbbət təşkil edir. İfa etdiyi – “Yaşa, Azərbaycan”, “Ana”, “Türkiyə-Azərbaycan”, “Qarabağdan”, “Şuşa Azərbaycandır”, “Can Azərbaycan”, “Zəfərindir Azərbaycan”, “Turan”, “Zəngəzur”, “Yaşasın Azərbaycan”, “Ali Baş Komandan”, “Naxçıvanım”, “Yaşasın Türkiyə-Azərbaycan”, “Can Azərbaycan üçün”, “Şəhid oldu”, “Ana Kürüm”, “Azərbaycandan uzaqlarda” “Bakıya”, “Naxçıvan”, “Ordubad” və adlarını çəkmədiyimiz neçə-neçə mahnılar milli janrdadır, qalib xalqımıza, müzəffər ordumuza, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna həsr olunub.
Nurlan Ordubadlı bu gün demək olar ki, cəmiyyətdə sayılıb-seçilən və böyük rəğbət qazanan ifaçılardandır. Ona görə ki, hər zaman maddi və mənəvi olaraq şəhid ailələrinin, müharibə iştirakçılarının təmənnasız yanındadır.
Ailəlidir.