Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əli Əvəz oğlu Babayev 1949-cu ildə dekabrın 5-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.
O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1971-1973-cü illərdə Mokvada Steklov adına Riyaziyyat İnstitutunda ixtisasartırma kursunda olmuşdur.
1974-cü ildə aspiranturaya daxil olub, 3 il müddətində Sankt-Peterburq şəhərinə (Steklov adına Riyaziyyat İnstitutunun Sankt-Peterburq şöbəsinə) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra Riyaziyyat və Mexanika İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi vəziələrində işləmişdir.
1985-ci ildə Moldaviya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun elmi şurasında “Çıxarışların ekvivalentliyi və kateqoriyalarda morfizmlərin bərabərliyi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə İran İslam Respublikasında 6 aylıq elmi məzuniyyətdə olmuşdur.
1989-2018-ci illərdə İnstitutun Həmkarlar Təşkilatının sədri oluşdur.
Ə.Ə.Babayev 100-dən çox elmi əsərin müəllifidir. Bu əsərlər Rusiya, Estoniya, İran və Azərbaycanın nüfuzlu jurnallarında çap edilmişdir. Onun isbatlar nəzəriyyəsi sahəsində aldığı nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Ə.Ə.Babayev Rusiya, Ukrayna, Bolqarıstan, İran, Gürcüstan, Estoniya və s. ölkələrdə keçirilmiş Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Son illərdə Əli Babayev həm də dahi ensiklopedik alim N.Tusinin riyazi irsinin araşdırılmasına rəhbərlik edir.
2002-ci ildən “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri vəzifəsində çalışır.