Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Muradov Nazim Murad oğlu 1968-ci il fevral ayının 15-də Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur.
Üstüpü kənd orta məktəbini bitirmiş, müxtəlif olimpiada yarışlarında və fənn dərnəklərində iştirak etmişdir.
1987-1989-cu illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində (türkologiya ixtisası üzrə) ali təhsil almış, 1994-1995-ci illərdə həmin ixtisas üzrə yüksək ixtisasartırma kursunu (magistraturaya bərabər) bitirmişdir.
1997-2003-cü illərdə Ege Universitetinin Sosial Elmlər İnstitutunda doktorantura pilləsində təhsilini davam etdirmiş, 1999-2003-cü illərdə Universitetin Türk dili və ədəbiyyatı bölümündə “Çağdaş türk ləhcələri və ədəbiyyatı” mövzusu üzərində araşdırma aparmış və müdafiə etmişdir.
2004-2006-cı illərdə Ege Universitetinin Türk dili və ədəbiyyatı bölümündə müəllimlik etmişdir.
2006-2022-ci illərdə Lefke Avropa Universitetində elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur.
Hazırda elmi tədqiqatlarını davam etdirir və Türk dünyası araşdırmaları üzərində çalışır.
Dosent elmi adı daşıyır. 100-dən çox elmi-publisistik məqalənin, 10-a yaxın kitabın müəllifidir.
Ailəlidir, 3 övladı var.