Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Lətifov Süleyman İbrahim oğlu 25 sentyabr 1928-ci ildə Ordubad rayonunda müəllim ailəsində dünyaya göz açmışdi. Ailənin ikinci ovladı idi. Hələ kiçik yaşlarından özünün zəkası, davranışları ilə yaşıdlarından fərqlənirdı. 1945-ci ildə orta məktəbi gümüş medalla bitirib Neft Sənayesi institutuna daxil olmuşdur. Əla qiymətlərlə təhsilini başa vurub təyinatla “Lenin” adına elektrik şəbəkəsində (EŞ) mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdı. Gənc mütəxəssiz kimi o bu sahədə yüksək əzm və fədakarlıqla çalışaraq paytaxtın elektrikləşdirilməsi işinə mühüm töhvə vermiş və 2 il sonra müəsisənin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdir. 1956-cı ildə Qərb EŞ-nə (Gəncə və gəncə ətafı rayonlar) baş mühəndis, 1961-ci ildə Azərbaycanda energetika sahəsində daha cox milli kadrlardan istifadə edilməsi məqsədi ilə Süleyman Lətifov məsələ qaldırmış və bu təşəbbüs “Azərenerjsazlama” müəsisəsinin yaranmasına səbəb olmuşdur. Özü də həmin müəsisənin rəhbəri olmuşdur. Sonrakı illərdə bu müəsisənin energetikləri dölətimizin önəmli sahələrindən olan Energetikanın inkişafinda öz töhvələrini verdilər. Süleyman Lətiov “Əli Bayramlı” DRES-in, “Araz” SES-in və başqa stansiya və yarımstansiyalarin tikilib istifadəyə verilməsində və Azərbaycan energetikasının inkişafında səmərəli təklifləri ilə birincilər sırasında olmuşdu.
- 1973-cü ildə Cənubi Qafqazın en böyük istilik elrktrik stansiyasının ”Azərbaycan İES”-in həm tikintisinə həmdə istismarina rəhbərlik etmişdir. Bu nəhəng işdə yalnız milli kadrlardan istifadə etmişdir. Məhz bu 9 bloklu istilik elektrik stansiya sayəsində Müstəqil Azərbaycan dövləti öz sənaye qüdrətini qoruyub saxlaya bildi.
- 1980-ci illərdə Moskvanın göstərişi ilə Azərbaycanda Atom Elektrik stansiyasının tikintisinə hazirliq gedirdi. Lakin respublika ictimayyətinin ciddi etiraz edenlərin sırasında tikilən Atom Elektrik stansiyasının direktoru S. Lətifovun da kəskin çıxışları öz töhvəsini verdi. Tikinti rəhbəri olduğu Atom elektrik stansiyasının tikintisi respublika rəhbərliyinin göstərişi ilə dayandırıldı. Respublika ekaloji fəlakətdən qurtuldu.
- S. Lətiov 1994-1999-cu illərdə yəni ömrünün sonuna kimi “Azərenerj” ASC-nin “Enerjinin İstehsalı və Ötürülməsi” Birliyinin baş direktorunun müavini vəzifəsində işləmişdir.
Suleyman Lətifovun əmək fəaliyyəti həmişə dövlət tərəfindən qiymətləndirilmişdir. “Qırmızı Əmək Bayrağı” ordenı, “Rəşadətli Əməyə” görə medalı, SSRİ Energetika Nazirliyinin “Əlaçı Energetiki” döş nişanı, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” kimi fəxri adlara layiq görülmüşdür.
Suleyman Lətifov əsil energetik olduğu kimi həm də cox gəzəl insan, xeyirxah rəhbər, ədəbiyyatı, poyeziyanı, tarixi sevən yüksək intelektə malik olan və ən nəhayət, Vətənini sevən vətəndaş idi. Ailəarası söhbətlərdə deyərdi - övladlarınızı Ordubada göndərin adam olsunlar.