Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Lətifov Aydın İbrahim oğlu 1931-ci ildə Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur.
1939-cu ildə Ordubad şəhər orta məktəbinin 1-ci sinfinə daxil olub, 1949-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. Ordubad şəhərinin Kon- serv zavodunda fəhlə, sonra isə Ordubad barama toxumu zavodunda işləmişdir. Eyni zamanda təhsilini Ordubad şəhər gecə fəhlə-gənclər məktəbində davam etdirmişdir.
A. İ. Lətifov 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mə'dən fakültəsinə daxil olmuşdur. 1955-ci ildə həmin institutu bitirib Leninneft Neft Mə'dənləri İdarəsinə işə göndərilmişdir. Burada neftçıxarma operatoru, neftçıxarma sahəsinin rəisi, böyük mühəndis, mə'dən müdiri vəzifələrində çalışmışdır. 1963-cü ilin avqust ayında "Şirvanneft" Neft Mə'dənləri İdarəsinə baş mühəndis vəzifəsinə tə'yin olunmuşdur. 1970-ci ildə həmin idarənin rəisi, 1973-cü ilin aprel ayında "Azərneft" İstehsalat Birliyində istehsalat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir. 1974-cü ilin aprel ayında "Qaradağneft" neft mə'dənləri idarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
1975-ci ilin avqust ayında "Azərneft" İstehsalat Birliyinin Baş mühəndisi vəzifəsinə tə'yin olunmuşdur. Burada 1987-ci ilin mart ayına kimi işləmişdir. 1987-ci ilin mart ayında Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunun direktorunun elmi işlər üzrə birinci müavini, 1992-ci ilin aprel ayında isə "Azərneft" Konserninin istehsalat şöbəsinin rai si te'yin olunmuş, 1993-cü ilin oktyabr ayına kimi bu vəzifədə çalip- mişdir. 1993-cü ilin oktyabrında "Azərbaycan Dövlət Neft Şirkətinin Neftçıxarma üzrə Baş İdarəsinin Quru üzrə baş mühəndisi vəzifəsing keçirilmişdir. A.İ.Lətifov 1994-cü ilin fevral ayında Azərbaycan Dovlət Neft Şirkətinin Quruda Neftçıxarma İstehsalat Birliyinin baş mühəndisi, baş direktorunun müavini vəzifəsinə təyin olunmuş və çalışmışdır.
rda, 1971-ci ildə Azərbaycan SSR-nin Əməkdar mühəndisi fəx adını almışdır. 1971-ci ildə "Fəxri Nişan" ordeni və 1976-cı ildə "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. 2 dəfə SSRİ-nin neft sənayesinin ə'laçısı adına layiq görülmüşdür.
1978-ci ildə 1 ay müddətində ABŞ-da, 1996-cı ildə 10 gün Çin Xalq Respublikasında məzuniyyətdə olmuşdur. 20 elmi məqalənin, 18 ixtiranın və 40-dan çox səmərəli təklifin müəllifidir.
Lətifov Aydın İbrahim oğlunun başqalarına nümunə olan zəngin həyat yolu vardır.