Nazim Həsənov

Nazim Həsənov

Ziyalı - alim

Həsənov Nazim Eyvaz oğlu 1952-ci il 3 yanvar tarixində Ordubad rayon Biləv kəndində anadan olub.

1969-cu ildə orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.

1975-1977-ci illərdə Lerik rayonunda orta məktəbdə fizika müəllimi işləmişdir.

1977-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda əyani aspirant olub.

1980-1992-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə  çalışıb.

1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 
Dosent elmi adı vardır.

Örnək həmyerlimiz - Vətən Müharibəsi Qəhrəmanı Ramil Həsənovun atasıdır.