Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Quliyev Polad Bəyalı oğlu 1968-ci il 13 fevral tarixində Ordubad rayonu Üstüpü kəndində anadan olmuşdur.
Üstüpü kənd tam orta məktəbini fərqlənmə ilə bitirmişdir.
1985-1991-ci illərdə Moskva Energetika İnstitutunun energetika mühəndisliyi (iqtisadiyyatı) ixtisası üzrə təhsil almışdır.
1991-1994-cü illərdə Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir.
1994-2010-cu illərdə “Azərenerji” ASC-də müxtəlif vəzifələrdə işləmişdir.
Azərenerji ASC-nin Xarici-İqtisadi Əlaqələr Şöbəsinin və Maliyyə və İqtisadiyyat İdarəsinin rəisi olmuşdur.
Ölkə enerji sisteminin milliləşdirilməsi və modernləşdirilməsində mühüm xidmətlər göstərmişdir.
Bir sıra mükafatlara layiq görülmüşdür.
2006-cı ildə Dövlət Başçısı İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan energetikasının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
2010-cu ildə Bakı şəhərində vəfat etmişdir.
Ailəli olub, 2 övladı var.