Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rüstəmov Muxtar İbrahim oğlu 19 mart 1931-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub.
1954-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geoloji-kəfiyyat fakültəsini bitirib. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib.
1955–1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında xüsusi geoloq və baş geoloq, 1961-1976-cı illərdə AMEA Geologiya və Geofizika İnstitutunda baş elmi işçi, 1976-cı ildən həmin institutun Petrologiya laboratoriyasının müdiridir. Geotektonika, geodinamika; Petrologiya, vulkanologiya sahəsində tədqiqatlar aparmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 205, xaricdə çıxmış elmi əsərlərinin sayı 107, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12-dir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2 — müəliflik şəhədətnamısi və poliqorskit-pilolit gilləri Naxçıvan çökəkliyində, köklü qızıl Əlincəçay hövzəsində kəşfidir.
Qırışıqlıq zonanın paleomezokaynozoy maqmatizmin etapları təyin edilmiş, petrofondu, petrogenezisi və pleyt- tektonik tipləri müəyən olunmuşdur. Toleit basalt, şoşonit, latit, traxit və teşenit suxurları Azərbaycanda ilk dəfə aşkar edilmişdir. Maqmatizm ilə tektonikanın qarşılıqlı münasibətini müəyyən etməklə yanaşı Qafqazda ilk dəfə kaldera strukturları kəşf edilmiş və onların fizik-maqmatik sistemlər yaratması isbat olubmuşdur. Kiçik Qafqazda ilk dəfə eosin vulkan-plutonik assosiasiyaları aşkar olunmuş və ümumiyyətlə paleogen maqmatizmin təkamül trendi müəyyən edilmişdir. Kiçik Qafqazda-Albors sistemində zəngəzurun, Talışın, Qarabagın tektonik vəziyyətləri və quruluşları yeni baxımdan izah olunmuş və batırelmiş ofiolit suturası Zəngəzurda və onun davamı İran Qaradagı ilə Talış arasında aşkar edilmişdir. Respublikada geodinamika elmi istiqamətin ilk tədqiqatçısı olaraq ADQ Fars-Qafqaz seqmentində Paleo-Mezo və Metotesinin geodinamik təkamül modelləri tərtib etməklə yanaşı maqmatizmin pleyt-tektonik paylanmasının qanunauygunlugu aşkarıanmışdır. Cənub Xəzədə Təbaşir vulkanizimlə müşayət olunan meridional riftogenezin aşkarından əlavə molas meqa çökəkliyin və onun konsolidasiya olunmuş vezurgent yer qatının forçmalaşması yeni baxımdan izah olunur. Həmçinin qarbohidrogenlərin mənşəyi isə dərin istilikkütlə plyum axımı və yer qatının rezurgensiyası ilə əlaqələndirilir.