Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rza Cahangir oğlu Həsənəliyev (26 sentyabr 1961, Ordubad) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (1999–2022), gömrük xidməti general-leytenantı (2005), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.
Rza Cahangir oğlu Həsənəliyev 26 sentyabr 1961-ci ildə anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlamışdır. Daha sonra gömrük sistemində çalışmış, 1995–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, komitənin işlər idarəsi rəisinin müavini, sonra isə həmin idarənin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə Rza Həsənəliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir. O, 23 il bu vəzifədə çalışmış, Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il tarixli Sərəncamına əsasən vəzifəsindən azad edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Rza Həsənəliyevə 17 yanvar 2002-ci ildə gömrük xidməti general-mayoru, 28 yanvar 2005-ci ildə isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilmişdir.
Ailəlidir, 1 övladı var.