Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Kərim Novruz oğlu Rizayev 1912-ci il dekabr ayının 25-də Ordubad şəhərində anadan olmuşdur.
1941-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1941-ci ildə RSFSR Sverdlovsk vilayətinin "Ural qızıl" trestində mühəndis kimi başlamışdır.
Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır.
Ordudan tərxis olunduqdan (1946) sonra Kalininqrad vilayətindəki Kəhrəba zavodunun direktoru (1946–1950), Kəhrəba fabrikinin rəisi, emal fabrikinin baş mühəndisi (1950–1953), Kəhrəba kombinatının baş mühəndisinin müavini (1953–1955) və kombinatın direktoru (1955–1962) olmuşdur.
1962-ci ildən Azərbaycan xalq təsərrüfatı sistemin də müxtəlif vəzifələrdə çalışmış, dağ-mədən və metallurgiya idarəsinin rəisi (1962–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Əlvan Metallurgiya Birliyinin (1965–1979) və Azərbaycan Respublikası Əlvan Metallurgiya İdarəsinin (1979–1987) rəisi işləmişdir.
Yüksək ixtisaslı mütəxəssis və bacarıqlı təşkilatçı olan Rizayev Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün çox iş görmüş, bu sahədə səriştəli və hazırlıqlı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdir.
Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı seçilmişdir.
1995-ci il yanvar ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
"Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz" ordenləri ilə təltif olunmuşdur.