Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Cahanov Musa Məhəmmədhəsən oğlu 10 avqust 1947-ci ildə Ordubad şəhərində anadan olmuşdur.
1954-1965-ci illərdə Ordubad şəhər M.T.Sidqi adına 1 saylı orta məktəbdə təhsil almışdır.
1965-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olub, 1971-ci ildə həmin institutu bitirmişdir.
İnstitutu bitirdikdən sonra təyinatla Naxçıvan Muxtar Respublikasında xüsusi təhlükəli infeksiyaların laborator müayinəsi, epidemiologiyası və profilaktikası işini həyata keçirən Culfa taun əleyhinə şöbəsinə göndərilmiş:
1971-1978 həkim, 1978-1986 Şöbə rəisi, 1986-cı ildə Azərbaycan taun əleyhinə stansiyasına (indiki xüsusi təhlükəli infeksiyalara nəzarət mərkəzi) köçürülmüşdür.
1986-1992 həkim, 1992-2017 laboratoriya müdiri, 2017-2018 aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.
Fəaliyyəti dövründə -(1971-2018) dəfələrlə müxtəlif illərdə Azıərbaycan, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, ABŞ, Almaniya, Tailand, Pakistan və Norveçdə ixtisasartırma, təklmilləşdirmə kursları keçmiş, elmi-praktiki konfranslarda iştirak etmiş və xüsusi təhlükəli infeksiyaların laborator müayinəsi, epidemiologiyası, profilaktikası və bioloji təhlükəsizlik qaydalarına dair təlim-seminarlarda olmuşdur.
Azərbaycanın və digər ölkələrin elmi-praktik jurnallarında, konfrans materiallarında və toplularda 20-dən çox elmi məqaləsi çapdan çıxmışdır.
3 kitab və 1 metodiki vəsaitin həmmüəllifidir.
-“İnfeksion xəstəliklər haqqında nəyi bilmək lazımdır”, Bakı-2001;
-“Zoonoz xəstəlikərə dair vəsait”, Bakı-2004;
-“Xüsusi Təhlükəli infeksiyaların laborator disaqnostikası”, Bakı-2013;
-“Laboratoriyalarda bioloji təhlükəsizlik qaydaları”, Bakı-2010;
1978-ci ildə SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” nişanı ilə təltif olunmuşdur.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.