Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əsədov Abuzər Həsən oğlu 16 fevral 1955-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində dünyaya gəlmişdir. 1962-ci ildə Ordubad rayonunun Üstüpü kənd orta məktəbinin birinci sinifinə getmiş və 1972-ci ildə orta məktəbi bitirmişdir. 1972-ci ildə H.Z.Tağıyev adına toxuculuq kombinatında əmək fəaliyyətinə başlamışdır. 1973-1975-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1975-ci ildə indiki Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Tarix” fakültəsinə daxil olmuş 1980-cı ildə oranı bitirmişdir.
1980-1981-ci illərdə Bakı şəhəri Xətai rayonu Müəssisədən Kənar Mühafizə Şöbəsində obyekt rəisi vəzifəsində, 1981-1983-cü illərdə Nərimanov rayon Müəssisədən Kənar Mühafizə Şöbəsində Yerli Komitənin sədri (MESKOM) vəzifəsində çalışmışdır. 1983-cü ilin sentyabr ayından Xətai rayon 116 nömrəli tam orta məktəbində tarix müəllimi, 1987-1993-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1993-1995-ci illərdə Xətai rayon Təhsil Şöbəsinin Yərbiyə işləri üzrə metodist vəzifəsinə təyin olunmuşdur. 1995-1996-cı illərdə Xətai rayon 98 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 1996-cı ildən 2002-ci ilə kimi Xətai rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. 2002-ci ilin mart ayından 2022-ci ilin iyul ayına qədər Xətai rayonunda yerləşən 261 nömrəli məktəb-liseydə direktor vəzifəsində işləmişdir. Azərbaycan müəllimlərinin XII, XIII, XIV və XV qurultaylarının nümayəndəsi olmuşdur.
2001-ci ildə “Mir Mövsüm Ağa” fəxri mükafatına layiq görülmüşdür. 2004-cü ildə “İlin ən yaxşı məktəb direktoru” müsabiqəsinin qalibi olmuşdur. 2005-ci ildə ABŞ Beynəlxalq Təhsil Şurası tərəfindən məktəb direktorları arasında keçirilən müsabiqədə qalib gəlmiş, bir ay müddətində ABŞ-da olmuş və Amerika təhsili ilə tanış olmuşdur. “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan Ziyalıları” Beynəlxalq layihəsinin qalibi olmuş Abuzər Əsədov “XXI Əsrin Tanınmış Ziyalısı” beynəlxalq diplomu ilə təltif olunmuş və “XXI əsr Azərbaycan Ziyalıları” kitabına düşmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında 3 oktyabr 2007-ci il № 2421 Sərəncamı ilə Əsədov Abuzər Həsən oğlu Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Təhsil Şurası tərəfindən 2008-ci ildə buraxılmış “Məktəb Direktorları” kitabına adı düşmüşdür. Rəhbərlik etdiyi 261 nömrəli məktəb-lisey Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə 2008-2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümümtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbyacan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.