Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rafiq Əsgər oğlu Cəlilov 1963-cü il 13 yanvar tarixində Ordubad rayonunun Əylis kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
O, prezidentin növbəti – 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.
R. Cəlilov Prezident İlham Əliyevin 13 may 2020-ci ildə imzaladığı Sərəncama əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
R. Cəlilov Prezident İlham Əliyevin 14 sentiyabr 2021-ci ildə imzaladığı Sərəncama əsasən Cəlilabad rayon İcra Hakimiyyətinin başcısı təyin olunub.