Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Sadıq Xanəliyev 1936-cı il mart ayının 8 də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Bist kəndində anadan olmuşdur. 1953-cü ildə VII sinfi əla qiymətlərlə bitirib Naxçıvan kənd təsərrüfatı texnikomunun aqronomluq şöbəsinə qəbul olunmuşdur. 1953-cü ildən o, respublikanın qəzetlərində publisist yazıları ilə çıxış etmişdir. 1956-cı ildə texnikomun IV kursundan ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordu sıralarında Moskva hərbi vilayətinin "Krasnı voin" qəzetində hərbi müxbir kimi yazıları ilə müntəzəm çıxış etmişdir. 1959-cu ildə hərbi xidmətdən tərxis edilən Sadıq Xanəliyev texnikomda təhsilini davam etdirərək oranı bitirmiş və 1960-cı ildə Bist kəndindəki "oktyabrın 40 illiyi" adına olan kalxozda aqronom və orta məktəbinə əmək təlimi müəllimi təyin edilmişdir. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan dövlət universitetinin filologiya fakültəsinə daxil olaraq 1970-ci ildə oranı bitirmişdir. 1951-ci ildən publisist yazıları, 1963-cü ildən isə qəzet, jurnal və almanaxlarda şeirləri ilə çıxış etmişdir. Rəsmi nümayəndə tərkibində 1964, 1976 və 1988-ci illərdə Azərbaycan respublikası komsomolu və SSRİ müəllimləri qurultayının nümayəndəsi olmuş, 1975–88-ci illərdə isə fasiləsiz olaraq SSRİ-Fransa dostluq cəmiyyətinin xətti ilə Moskva, Kiev, Oryol, Kursk, Leninqrad, Bryansk, Riqa, Kaluş, İvanova, Kenovçı və Belqrad şəhərlərindəki məktəblilərinin ümumittifaq görüşlərində iştirak etmişdir. 1975–88-ci illər ərzində Azərbaycan Kitabse-vərlər cəmiyyəti idarə heyətinin üzvü kimi Naxçıvan MR-ın kitabsevərlər cəmiyyəti ilə səmərəli iş aparmışdır. 1982-ildə Azərbaycan, 1984-cü ildə isə maarif əlaçısı döş nişanları ilə, 1983-cü ildə isə SSRİ hərbi veteranlar komitəsi tərəfindən "Normandiya Ne-man" medalı təltif edilmişdir. Uzun illər məktəb komsomol təşkilatının katibi vəzifəsində işləyən Sadıq Xanəliyev komsomolun 60 illik yubileyi münasibətilə Ümumittifaq Lenin komsomolu gəncləri ittifaqı Mərkəzi Komitəsi tərəfindən döş nişanı və fəxri fərmanı ilə təltif olunmuşdur. Şeirləri Rus və Ukrayna dillərinə tərcümə edilərək qəzet və jurnallarda dərc edilmiş, Rus və Azərbaycan dillərində mahnılar bəstələnmişdir. 1985-ci il 18 mart tarixdə Ukrayna Respublikasının Çernoviça vilayətinin Kilişkova kəndinin fəxri üzvü seçilmişdir. 50 illik pedaqoji fəaliyyəti və SSRİ məktəblilərinin hərbi vətənpərvərlik tərbiyəsindəki işinə görə ittifaqın 30-dan çox fəxri fərman və diplomu ilə təltif edilmişdir. 01 oktyabr 1999-cu il tarixdə Sadıq Xanəliyevə Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir. O, Azərbaycan yazarlar, jurnalistlər və aşıqlar birliyinin üzvüdür. Onun "Yada sal məni", "Xatirə", "Dahilər yetirən müəllim", "Ömrün zirvəsi" və "Unuda bilməyəcəyəm" adlı kitabları nəşr edilmişdir. Ailəlidir, 6 qızı və 1 oğlu vardır. Azərbaycan Respublikasi Təhsil Nazirliyinin əmək veteranı kimi təqaüdə çıxmış, haliyədə Bist kəndində yaşayır.