Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Nərmin 28 iyul 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. 2002-ci ildən şahmatla məşğul olmağa başlayıb. O, Bakı şəhərindəki 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbininin yetirməsidir. Məşqçi-müəllimi azərbaycanlı beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur.
2008-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bundan əlavə həmin ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatının bürünc mükafatçısı olub.
2009-cu ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən gənclər arasında şahmat üzrə Dünya çempionatında üçüncü olub.
2010-cu ilin aprelində Yunanıstanın Saloniki şəhərində keçirilən məktəblilərin Avropa çempionatında ikinci yerə sahib çıxıb. Eyni ilin oktyabr ayında Yunanıstanın Haldiniki şəhərində keçirilən dünya birinciliyində 9 xal toplayaraq 18 yaşlı qızlar arasında dünya çempionatının qızıl medalına layiq görülüb.
2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutmuşdur.
2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.
2015-ci ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Nərmin Məmmədova və Türkan Həsənova ilə 2-4-cü yerləri bölüşdürmüşdür. Əlavə göstəricilərə görə Kazımova 2-ci, Məmmədova isə 3-cü yerin sahibi olub.
2016-cı ildə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal toplamış Nərmin Azərbaycan çempionu oldu.
Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2008-ci ildə İtaliyanın Turin və 2016-cı ildə Azərbaycanın Bakı şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş komandalar arasında Avropa çempionatında çıxış etmişdir.
Nərmin, 2009-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.
FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Nərmin 2323 xalla Azərbaycan qadın şahmatçıları arasında 3-cü, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 154-cü yerdə qərarlaşıb.