Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Mustafayeva İlhamə Rafiq qızı 1970-ci ildə Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur.
1994-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1994-cü ildən 1995-ci ilədək Naxçıvan qarnizonu Hərbi Hospitalında həkim-ginekoloq vəzifəsində başlamış, daha sonra 1995-ci ildən 1996-cı ilədək Naxçıvan şəhəri Mərkəzi Xəstəxanasında mama-ginekoloq, 1997-ci ildən 2007-ci ilədək N.Nərimanov adına Respublika xəstəxanasında, 2007-ci ildən 2015-ci il tarixədək Naxçıvan Tibb Kollecinin direktoru, 2016-cı ildən 2019-cu ilədək Naxçıvan qarnizonu Hərbi Hospitalında ginekoloji kabinetin rəisi vəzifəsində çalışmış, 2019-cu ildən Naxçıvan Dövlət Universitetində işləyir.
2010-cu ildən tibb üzrə fəlsəfə doktorudur.
28.04.2023-cü ildə 3215.01 Mamalıq və ginekologiya ixtisası üzrə Dosent elmi adı alıb.
2023-cü ilinin 29 noyabr tarixindən etibarən 2023-cü ildən NDU-nun Tibb fakultəsinin dekan olaraq və Təməl tibb fənləri kafedrasının 0,5 ştat dosent vəzifəsində çalışıb.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin müdiridir.
Ailəlidir.