Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985–1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Nazim Hüseynovun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, "Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları", "BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri", "Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi" mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir. Onun elmi tədqiqatlarının nəticələri aşağıdakı elmi konfranslarda məruzə olunmuşdur: 4th European Conference on Severe Storms (ECSS 2007). The Abdus Salam International Center for Theoretical Physics, 10–14 September 2007, Trieste- ITALY; EMS European Conference on Applied Climatology, 29–03.10.2008, Amsterdam, Netherlands; 5th EGU General Assembly, 13 – 18 April 2008, Vienna, Austria; ECSS2013 7th European Conference on Severe Storms 3–7 June 2013, Helsinki, Finland; EMS/ECAM Annual Meeting of European Meteorological Society 2013, London, UK. Nazim Hüseynov 2002-ci ildən Milli Aviasiya Akademiyasında elmi-pedaqoji fəaliyyətə başlamışdır və bu dövrdə onun müəllifliyi və həmmüəllifliyi ilə 16 metodik vəsait və monoqrafiya çapdan buraxılaraq tədrisdə tətbiq olunmuşdur. O, 2013-cü ildən Milli Aviasiya Akademiyasının "Aviasiya meteorologiyası" kafedrsının müdiri vəzifəsinə təyin olunmuşdur. O, kafedrada gənc elmi tədqiqatçıların, dissertantların yetişməsinə, onların elmi işlərinə bilavasitə rəhbərlik edir. Nazim Hüseynov bir sıra beynəlxalq elmi cəmiyyətlərin o cümlədən, Amerika Meteoroloji Cəmiyyəti və Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvüdür. O, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) METG işçi qrupunun aviasiya meteorologiyası üzrə eksperti olmaqla İCAO-nun müşavirələrində müntəzəm iştirak edir. O, 2014-cü ildə Kanadanın Monreal şəhərində keçirilən İCAO və WMO Ümumdünya Meteoroloji təkilatının müştərək konfransında, 2010-cu ildə Ümumdünya Meteoroloji Təşkilatının Honkonq şəhərində keçirilən Aviasiya Meteorologiyası Komissiyasının konfransında iştirak etmişdir. O, Dövlətlərarası Aviasiya Komitəsinin (MAK) Aviasiya Meteorologiyası üzrə Koordinasiya Şurasının həmsədridir. Azərbaycan Respublikasının Mülki Aviasiyasında uzun illər səriştəli xidmətinə görə Nazim Hüseynov bir çox fəxri fərmanlarla o cümlədən, Azərbaycan Respublikasnın Mülki Aviasiyasının 75 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Elm və tədrisdə nailliyyətlərinə görə Nazim Hüseynov 2013-cü ildən professor elmi adına layiq görülmüşdür. Nazim Hüseynov hal-hazırda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəisi vəzifəsində çalışır.