Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
İbrahimov Elçin Azər oğlu 03.12.1970-ci il tarixində Naxçıvan MR-nın Ordubad rayonunda anadan olub.
* 1995-ci il tarixində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib.
* 1995-1996-cı illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.
* 29 dekabr 2022-ci il tarixindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun imzaladığı əmrə əsasən Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilib.
* Təyinatına qədər tibb müəssisəsində müxtəlif vəzifələrdə (həkim-neyrocərrah, qəbul-diaqnostika şöbəsinin müdiri) çalışıb.
Fəqərəarası disk yırtıqları, spondilolistez, spinal stenoz, osteoparoz, bel-boyun ağrıları, fəqərə sütunu travmaları, spinal şişlər, mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müalicəsi ilə məşğuldur.