Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur.
1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981). Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olub və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilib. Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi habelə Türkiyə Cümhuriyyəti arxiv orqanlarının, tarix qurumlarının keçirdiyi elmi konfranslarda və simpoziumlarda Azərbaycan Respublikasını təmsil edərək, dəfələrlə elmi məruzələrlə çıxış edib. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Elmi əsərləri redaktə Molla Nəsrədddin. Bakı: Gənclik, 1982. 148 s. Köçürülmə. Bakı, "Azərnəşr", 1995. 40 s. Açılmamış səhifələrin izi ilə. Bakı, "Azərbaycan", 2001. 536 s. Cümhuriyyət parlamentinə gedən yol. Bakı, "Adiloğlu", 2005. 88 s. "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən. Bakı, "Çaşıoğlu", 2009. 356 s. Ermenilerin Azərbaycan halkına qarşı torpak iddiaları, soyqırımı və təhcirləri (XIX –XX yüzyıl). Ankara, ATİB 2011.138 s. Ermənilərin Azərbaycan xalqına qarşı torpaq iddiaları, soyqırımı və deportasiyalar (XIX–XX əsrlər). Bakı, "Çaşıoğlu", 2011. 136 s. XIX–XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar. Bakı, "Çaşıoğlu", 2011. 328 s. Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (XIX–XX век). Баку, "Эльм ве техсил", 2013. 152 s. Ötən günlərdən. Bakı, "Elm və təhsil", 2015. 101 s. Tarixi yaddaşımızın etibarlı saxlanc yeri. Bakı, "Elm və təhsil", 2016. 380 s.