Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər) dramlarının tamaşalarında oynayıb. 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib.
15 noyabr 1984-cü ildə Azərbaycan SSR əməkdar artisti və 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2002-ci ildə isə Prezident təqaüdçüsü olub.
Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb. Dram əsərlərinin tamaşalarında Pəri ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Cəvahir ("Nakam qız", Aleksandr Şirvanzadə), Ana ("Astana", Aleksandr Dudarev), Həyat ("Həyat", Mirzə İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı ("Solğun çiçəklər", "Aydın", "Sevil", "Nəsrəddin şah", "1905-ci ildə", "Od gəlini" və "Almaz", Cəfər Cabbarlı), kabato ("Xanuma", Aksenti Saqareli), Zəhra, Çin qızı ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Pəri ("Qız atası", Əfqan Əsgərov), İradə ("Göz həkimi", İslam Səfərli), Hökmdar ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), operettalarda Sənəm, Xala ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Səlbi ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov) səhnə obrazları aktrisanın daha uğurlu yaradıcılıq işləri sayılır. Xalq artisti Əkbər Qardaşbəyovun həyat yoldaşı olub.