Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Anadan olduğu yer Naxçıvan MR, Ordubad rayonu, Əndəmic kəndi Təvəllüdü 12.03.1986 Bitirdiyi ali təhsil müəssisəsi Naxçıvan Dövlət Universiteti Elmi dərəcəsi Filologiya üzrə fəlsəfə doktoru Elmi rütbəsi Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun ad 5716.01, 5718.01 Azərbaycan və dünya ədəbiyyatı XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 60 25 17 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı Əsas elmi nailiyyətləri Ədəbiyyatşünaslıqda ilk dəfə XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərbmeyillərini əhatəli tədqiqat predmetinə çevrilmiş, problemin məzmunu elmi cəhətdən əsaslandırılmışdır. Elmi əsərlərinin adları 1. .Məmməd Səid Ordubadi: Şərqvə Qərb. Latviya, GLobeE.P. 66 s 2. ““Отношение к восточным и западным традициям в Нахчыванской литературной среде (XIX век - начало XX века)”. Хабаршы-Вестник-Bulletin (Казахский национальный университет имени Аль-Фараби) филология сериясы, ISSN 1563-0223, индекс 75878; 25878, №1 (159), 2016, s.53-58. 3. “XIX-XX yüzyıllarda Nahçıvan edebiyyatında doğu etkileri”. “Təkə” Uluslararası türkçe və ədəbiyyat dərgisi, 2015. Mart nömrəsi, s. 50-55 Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü YAP, AYB, AJB, DGTYB Pedaqoji fəaliyyəti Digər fəaliyyəti 7 bədii (nəsr, roman), 7 tərcümə kitabının müəllifidir. 400-dən çox publisistik məqaləsi mövcuddur. AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasında Sədr. Ulduz-jurnalı redaksiya heyətinin üzvü Təltif və mükafatları Azərbaycan Respublikası Prezidenti mükafatı (2016). Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi “Əli bəy Hüseynzadə mükafatı” (2017). 2015-ci ildə Joze Saramaqo və Hüseyn Cavidin İblisləri” elmi məqaləsi “Kaspi” qəzeti tərəfindən mükafata layiq görülüb. 1. İLİN ALİMİ / Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə verilən Fəxri Fərman və mükafat (2019). 2. İLİN ƏN YAXŞI GƏNC ALİMİ Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfində verilən Diplom (2016) İLİN ƏN GƏNC JURNALİSTİ Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfində verilən Diplom (2013) İLİN ƏN GƏNC YAZARI Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfində verilən Diplom (2018) Əsas iş yeri və ünvanı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Naxçıvan şəhəri, Heydər Əliyev pr. 76 Vəzifəsi Böyük elmi işçi