Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Hacıyev Südef Əbil oğlu 14 fevral 1930-cu ildə Ordubad rayonunun Aşağı Əndəmic kəndində zəhmətkeş ailədə anadan olmuşdur. Yeddiillik təhsilini Yuxarı Əndəmic kənd məktəbində almışdır.
1944-1945-ci illərdə Ordubad rayon Pedaqoji məktəbində, 1946-1948-ci illərdə Ordubad şəhər orta məktəbində təhsilini davam etdirmişdir. 1948-1949-cu illərdə Yuxarı Əndəmic kəndində yerləşən L.M.Kaganoviç adına kolxozda çalışmışdır.
1949-1953-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Fizka-riyaziyyat fakültəsində təhsil almışdır.
1953-1956-cı illərdə Ordubad rayonunun Vənənd kənd orta məktəbində, 1956-1959-cu illərdə S.Vurğun adına Ordubad şəhər 2 saylı orta məktəbdə, 1959-1966-cı illərdə Ordubad şəhər axşam fəhlə-gənclər orta məktəbdə fizika-riyaziyyat müəllimi işləmişdir. 1966-1993-cü illərdə Ordubad Maarif Şöbəsinin göstərişi əsasında rayon üzrə təşkil edilən axşam-qiyabi orta məktəbinin direktoru olmuşdur (27 il fasiləsiz, əsl pedaqoq adına layiq insan kimi bu vəzifədə çalışmışdır).
Qeyd edək ki, 1992-1993-cü tədris ilinin sonunda həmin məktəb bağlanmış və axşam sinifləri gündüz məktəblərinin tərkibinə daxil edilmişdir.
1993-2004-cü illərdə Ordubad şəhər R.Babayev adına 2 saylı orta məktəbdə axşam sinifləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir.
1993-cü ildə yaşa görə təqaüdə göndərilmişdir.
2004-cü ildən etibarən birdəfəlik əmək təqaüdçüsüdür.
Uzunmüddətli səmərəli fəaliyyətinə görə bir sıra mükafatlarla təltif edilmişdir.
1972-ci ildə qabaqcıl təhsil işçisi kimi SSRİ Maarif Nazirliyi tərəfindən “SSRİ maarif əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Əmək veteranıdır.
Ailəlidir. Övladları və nəvələri vardır.
Südef müəllim, əsil ziyalı olaraq Ordubadın sayılıb-seçilən, xüsusi hörmət və ehtiram göstərilən el ağsaqqallarından biridir.