Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
İmran Hürrü oğlu Əkbərov 1958-ci il aprel ayının 19-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.
1980-ci ilda Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
1987-ci ilədək Dəmir Yolu sistemində işləyib.
1987-ci ildən həmin institutun istehsalatın idarəedilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib.
1991-ci ildən Cənubi Rusiya Universitetinin
(İdarəetmə, biznes və hüquq institutunun) rektorudur.
İqtisad elmləri doktoru, professordur.
15 fəlsəfə doktoru, 2 elmlər doktoru yetişdirib.
Rusiya Federasiyasi Təhsil və Elm Nazirliyi
Akkreditasiya kollegiyasının, Cənub Federal
Dairəsinin rektorlar Şurası İdarə Heyətinin üzvü,
Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir.
İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə malikdir - qrand fəlsəfə doktorudur.