İsmayıl Əliyev

İsmayıl Əliyev

Professor

Əliyev İsmayıl Məhərrəm oğlu
İqtisad elmləri doktoru, professordur.

Sankt‐Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin əməyin və əmək resurslarının iqtisadiyyatı kafedrası müdirinin müavini 

Əliyev İsmayıl Məhərrəm oğlu 1966-cı il mayın 6-da Azərbaycan Respublikası- nın Ordubad rayonunun Behrud kəndində anadan olub.
İ.Əliyev 1984-1986-cı illərdə Silahlı Qüvvələrdə xidmət edib. 

1992-ci ildə Sankt- Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetini (SPbDİMU) bitirib. 

1993- cü ildə SPbDİMU-nun aspiranturasına daxil olub.

“Sənaye müəssisələri rəhbərlərinin və mütəxəssislərinin əməyinin ödənilməsi və stimullaşdırılması” mövzusunda na- mizədlik dissertasiyası müdafiə edərək aspiranturanı bitirib.

İ.Əliyev müdafiədən sonra geniş elmi və pedaqoji fəaliyyətlə məşğul olub. O, müsabiqə yolu ilə əməyin və əmək resurslarının iqtisadiyyatı kafedrasının assistenti, böyük müəllimi, daha sonra dosenti seçilib. 2002-ci ildə ona dosent elmi adı verilib.

İ.Əliyev 2007-ci ildə “Rusiya Federasiyasının sosial siyasətinin təkmilləşdirilməsi şəraitində əhalinin gəlirlərinin və həyat səviyyəsinin artması (federal və regional as- pektlər)” aktual mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2008-ci ildə Elmi Şura İ.Əliyevi SPbDİMU-nun əməyin və əmək resurslarının iqtisadiyyatı ka- fedrasının professoru vəzifəsinə seçib. 

2009-cu ildə ona professor elmi adı verilib.

İ.Əliyev tələbə, magistr və aspirantlarla böyük elmi, tədris və tərbiyəvi iş aparır. O, 4 elmlər namizədi hazırlayıb, bazar iqtisadiyyatı şəraitində Rusiya iqtisadiyyatının inkişafının ən mühüm həlləri mövzusunda elmi tədqiqatlarda fəal iştirak edir.
Professor İ.Əliyev əməyin iqtisadiyyatı, insan resurslarının idarə olunması və dövlətin sosial siyasəti sahəsində tanınmış mütəxəssisdir. 

Onun 100-dən çox elmi əsəri - monoqrafiyaları, dərslikləri, tədris vəsaitləri, o cümlədən RF Təhsil Nazirli- yinin qrifi ilə “Əməyin iqtisadiyyatı”, milli iqtisadiyyat və əməyin iqtisadiyyatı sa- həsində Tədris-Metodiki Birləşmənin qrifi ilə “Gəlirlər və əməkhaqqı siyasəti”, habelə “Müasir Rusiyada əhalinin həyat səviyyəsi və gəlirləri”, “Sosial siyasət, əhalinin gəlirləri və həyat səviyyəsi”, “Əmək bazarı və insan resurslarının idarə olun- ması”, “İnsan resurslarının böhrana qarşı idarə olunması” və digər əsərləri çapdan çıxıb.

İ.Əliyevin çap olunmuş əsərləri ilə tanış olanda diqqəti onun yaratdığı üç mühüm istiqamət cəlb edir. Bu istiqamətlər ideya yeniliyi, təhlilin dərinliyi, habelə məsələnin qoyuluşu və həllinin qeyri-adiliyi ilə seçilir: müəssisədə əməyin idarə olunması, audit və kontrollinq, böhrana qarşı idarəetmə problemlərini əhatə edən əməyin iqti- sadiyyatı; əsas problemləri kompensasiya siyasətinin yaradılması, işçilərin müka- fatlandırılması sistemlərinin qurulması, istifadə səmərəliliyinin artmasında istehsalat faktorlarının qarşılıqlı təsirinin və kompensasiya siyasətinin rolunun öyrənilməsi olan kompensasiya menecmenti; Rusiya müəssisələrində əməyin ödənilməsinin idarə edilməsi. İdarəetmə prosesi müəssisənin məqsəd və vəzifələri ilə qırılmaz surətdə bağlı nəzərdən keçirilir və sosial tərəfdaşlıq sistemi ilə əlaqələndirilir.

Bütün bu istiqamətlərdə iqtisadiyyatın real sektoru ilə sıx əlaqə, müəssisələrə, bilavasitə işçiyə çıxış izlənilir.
İ.Əliyevə tanınmış mütəxəssis kimi dövlət büdcəsindən maliyyələşən ən əhəmiy- yətli elmi-tədqiqat mövzularına rəhbərlik tapşırılıb. Onu ekspert və məsləhətçi qis- mində rəhbər orqanların ən mühüm qərar layihələrinin hazırlanması işinə dəvət edirlər. Məsələn, o, əmək məhsuldarlığının artmasının və sənaye istehsalının səmə- rəliliyinin yüksəldilməsinin elmi təminatı, region iqtisadiyyatında islahatların aparılması, müəssisələrin restrukturizasiyası üzrə layihələrdə iştirak edib. O, aşağıdakı mövzular üzərində işləyib: iş yerlərinin yaradılması və saxlanılması sisteminin regional bölmələrində islahatların metodoloji əsasları; əmək bazarının tarazlığının metodiki təminatı.

İ.Əliyev 2002-ci ildən indiyə qədər əməyin iqtisadiyyatı və əmək resursları kafedrası müdirinin müavini, “əməyin iqtisadiyyatı” magistr proqramının “iqtisadiyyat” istiqaməti üzrə rəhbəridir. Alim, həmçinin Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin əməyin iqtisadiyyatı və heyətin idarə olunması fakültəsinin Elmi Şurasının, axşam və qiyabi fakültəsinin Elmi Şurasının, Dissertasiya Şurasının və Metodiki Komissiyasının üzvüdür.