Zeynal Hacıyev

Zeynal Hacıyev

Sovet partiya və dövlət xadimi

Hacıyev Zeynal Əkbər oğlu (1897-1937) - İrəvan quberniyasının
Əylis kəndinə, yoxsul sənətkar ailəsində anadan olmuşdur. İbtidai
təhsilini mədrəsə almışdı.
1912-ci ildə “İlqa” adlı dərzilər ittifaqına daxil olmuşdu,ş
onun işində fəal iştirak edirdi, 1913-cu ildə bu ittifaqın idarə
heyətinə uzv seçilmişdi. Tətillərə iştirak edirdi, tətil komitəsinə seçilirdi.
Hacıyev Balaxanıdakı qabaqcıl fəhlələrlə əlaqə saxlayırdı.
Gizli şəraitdə bolşeviklərdən H.Sultanov, B.Sərdarov, Qazı Məmməd, M.Aydınbəyov və başqaları ilə birlikdə işləmişdi.
1914-cu ilin iyulunda Balaxanı neft mədənlərində tətil başlanır.
Dərzilərin “İlqa” ittifaqı tətil edən neftçilərə yardım keçirmək qərarına gəlir. Bu məsələni müzakirəyə etmək üçün müşavirə çağırılır. Müşavirənin iştirakçılarını, o cümlədən Hacıyevi tutub həbsxanaya salırlar.

1917-ci ilin əvvələrində Hacıyev bolşevik patriyası sıralarına
daxil olmuşdur.
Fevral inqilabından sonra Hacıyev Pyatiqorskda idi, orada enidən
həbs olunur. Həbsdən qutardıqdan sonra onu Dərzilər ittifaqı
tətil komitəsini sədri seçirlər.
Bakıya qayıtdıqdan sonra sonra Hacıyev qızıl qvardiyaya daxil olur.
1918-ci ilin martında əksinqilabçılar qiyamının yatırılmasında iştirak edir.
1918-ci ilin yayında Hacıyev Saritsınə getmişdi. X ordunun təchizat şöbəsində işləyirdi. Qızıl Ordu sıralarında olub, Denikinə və Brankelə qarşı döyüşlərdə iştirak etmişdir.
1922-ci ildə Hacıyev Bakıya gəlir. “Azərpaltarın” rəisi, Mosşveypromun
ölkə şöbəsinin müvəkkili, B.İ.Lenin adına toxuçuluq fabrikinin direktoru, 
sonra Azərbaycan SSR Ali Xalq Təsərrüfat Şurası sədrinin müavini, 
xalq toxuçuluq sənaye komissarının müavini, Ağdam rayon icraiyyə 
komitəsinin sədri, Volodarski adına fabrikin direktoru vəzifələrində
işləmişdir.
Hacıyev “1923-1933-cü illərdə Azərbaycan toxuçuluq sənaye” adlı əsər yazmışdır.