Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Abbasova (Quliyeva) Dilşad Salman qızı 30 iyul 1950-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olub.
Orta təhsilini Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli Orta məktəbdə alıb.
1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "mədəni-maarif" fakültəsinə daxil olub, 1972-ci ildə həmin fakültəni bitirib.
Həmin il Mədəniyyət Nazirliyinin təyinatı ilə Abşeron rayonuna göndərilib.
1972-1983-cü illərdə Mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
1981-1983-cü illərdə Mədəniyyət şöbəsinin müdiri işləyib.
1983-1984-cü illərdə Abşeron rayon Xalq Deputatlar Sovetinin sədr müavini seçilib.
1985-1990-cı illərdə Abşeron Rayon Partiya Komitəsində təbliğat şöbəsinin müavini olub.
1991-ci ildə Abşeron rayon "Zəhmət" kommersiya şirkətinin nəzdində şadlıq evinə müdir göndərilib.
1991-ci ildən 1993-cü ilə qədər şadlıq evinin müdiri - “Zəhmət" (Məişət kombinatının) direktoru işləyib.
1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya (indiki Azərbaycan Prezidenti yanında Dövlət İdarəetmə Akademiyası) İnstitutunda "Sosial İdarəetmə" fakültəsini bitirib.
1993-cü ildən YAP-nın üzvüdür.
2004-2006-cı illərdə "Respublika" qəzetində redaktor, 2006-cı ildən 2023 oktyabrın 18-nə qədər 45 saylı Abşeron Seçki Dairəsinin sədri, 20 oktyabr 2023-cü ildən hal-hazıra qədər 48 saylı Abşeron Birinci Seçki Dairəsinin sədri vəzifəsində işləyir.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Tərəqqi”, 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalları ilə təltif edilib.
Ailəlidir, 2 övladı, 5 nəvəsi var.