Elçin Abdinov

Elçin Abdinov

Həkim-Cərrah

Abdinov Elçin Əhməd oğlu 
(Tibb Elmləri Doktoru, Professor, Ümumi, Bariatrik və Metabolik cərrah.)                                                          
28 fevral 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 

1994-cü ildə Bakı şəhəri, Xətai rayonu, 254№-li orta məktəbi “Xətai” adına təqaüdçü olmaqla “Əla” qiymətlərlə bitirib. 
1994-cü ildə yüksək balla Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsinə daxil olub və 2000-ci ildə Azərbaycan Tibb Universitetini “Fərqlənmə” Diplomu ilə bitirib. 

2000-ci ildən Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarı ilə Universitetin 2-ci Cərrahi Xəstəliklər kafedrasında  çalışır. 

Elmi-pedaqoji fəaliyyətlə bərabər, həm də praktik ümumi cərrah kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Bariatrik və Metabolik cərrahi əməliyyatlarına rəhbərlik edir. 
2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültısini qiyabi təhsillə bitirib.

Ali təhsilli Həkim və Hüquqşünasdır.

2006-cı ildə dissertasiya işini uğurla müdafiə edərək “Cərrahiyə” ixtisası ilə Tibb üzrə Fəlsəfə Doktoru alimlik dərəcəsi alıb. 

2022-ci ildə dissertasiya işini üğürla müdafiə edərək Bariatrik Cərrahiyyə üzrə “Cərrahiyə” ixtisasında Azərbaycanda ilk dəfə olaraq Tibb Elmləri Doktoru alimlik dərəcəsi alıb.  

Azərbaycan Tibb Universitetində çalışmaqla yanaşı, həm də: 
2003-2007-ci illərdə əvəzçiliklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin Müşaviri, 
2003-2007-ci illərdə BMT-nin, BƏT-nın  əmək və sosisal müdafiə sahələri üzrə Azərbaycan Respublikasında müxtəlif yardım proqramlarının və layihələrinin Milli Koordinatoru və rəhbəri olmuşdur. 

2003-2007-ci illərdə bir sıra xarici ölkələrdə işgüzar və təcrübə mübadiləsi formatında nümayəndə heyətinin rəhbəri kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təmsil etmişdir,
2008-2010-cu illərdə özəl “Oksigen” klinikasında Baş həkimin müavini, 
2009-2010-cu illərdə Azərbaycan Respublikası Hesablama Palatasında Tibbi Ekspert vəzifələrində çalışıb, 
2016-2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının Konsultativ Poliklinika şöbəsinin müdiri vəzifəsini icra edib.

2022-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cərrahiyyə üzrə Mütəxəssis-Ekspertidir (Səhiyyə Nazirliyinin Baş Cərrahı). 

Peşəkar Ümumi, Baritrik və Metabolik  cərrah kimi Rusiya Federasiyası, Türkiyə, Qazaxstan və Azərbaycan Respublikasında kifayət qədər nüfuza malikdir.

Azərbaycan Respublikasında Bariatrik əməliyyatlar icra edən ilk cərralardan biridir. 
O, 2000-ci ildən etibarən 24 illik peşə-ixtisas, 24 illlik elmi-tədqiqat, 24 illik  pedaqoji təcrübəyə sahibdir. Bariatrik və Metabolik Cərrahiyə sahəsində Dünyanın və Azərbaycan Respublikasının tanınmış Elmi nəşrlərində 100-dən artıq elmi əsər çap etdirib,  bir Beynəlxalq Statuslu Kəşfin müəllifidir.
Rusiya Federasiyası, Yunanıstan, Türkiyə, Qazaxstan və Azərbaycan Respublikalarında keçirilmiş Beynəlxalq Elmi Konfranslarda, Simpoziumlarda maraqlı məruzələr etməklə yanaşı, həm də onların bir çoxunda Təşkilat Komitəsinin üzvü, Moderator kimi də iştirak etmiş, 100-ə qədər diplom və sertifikatlara layiq görülmüşdür.

Rusiya Federasiyasında (Kazan Tibb Akademiyasında), Türkiyə və Qazaxstan Respublikasında müxtəlif təkmilləşmə kurslarında olub. 

Qazastan Respublikasının Ali Attestasiya Komissiyasının dəvəti ilə dissertasiya işlərinə Rəsmi Rəyçi və Rəsmi Opponent olmuşdur. 
Üzvlüklər: 
Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiyasının üzvü (İFSO - International Federation for the Surgery of Obesity and Metabolic Disorders), Beynəlxalq Bariatrik Klubun üzvü (İBC- İnternational Bariatric Club), Türkiyə və Qazaxstan Respublikalarının Bariatrik və Metabolik Cərrahlar Assosiasiyalarının Fəxri üzvü, Azərbaycan Respublikası Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının həmsədridir.