Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Məmmədov Nazim Xeyrulla oğlu 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası nın Ordubad şəhərində anadan olmuşdur.
Ordubad şəhər 3 nömrəli Orta məktəbdə təhsil almış və Təfəkkür Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1973-cü ildə Ordubad şəhərində əmək fəaliyyətinə başlamışdır.
1976–1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.
1995-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışmışdır.
Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli 2607 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin olunmuşdur.
Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 289 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edilmişdir.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 290 nömrəli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilmişdir.
Nazim Məmmədov 28 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 605 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
31 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2644 nömrəli sərəncamı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
26 yanvar 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 704 nömrəli sərəncamı ilə ona gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Nazim Məmmədov 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1974 nömrəli sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Nazim Məmmədov 3 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 252 nömrəli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 238 nömrəli sərəncamı ilə ona daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
2022-ci il 26 avqust tarixində Bakı şəhərində vəfat edib.
Ailəli olub, üç övladı var.
Nazim Məmmədov həvəskar şair olub. Şeirlərindən ibarət 3 kitabı çap edilmiş və şeirlərinə mahnılar bəstələnmişdir.