Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Tofiq Qüdrət oğlu Sadıqov 23.01.1972-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Behrud kəndində anadan olub.1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb və həkimlik sənətinə yiyələnmişdir. Tofiq Sadıqov 2007 və 2011-ci illərdə Almaniyada, 2004 və 2012-ci illərdə isə Türkiyədə ixtisasartırma kurslarında olub və peşəkarlığını artırmışdır. 1997-1998-ci illərdə Rusiya Federasiyasının İvanova Tibb Akademiyasında İnternaturada olmuşdur.
Tofiq Sadıqov 1998-2000-ci illərdə Tofiq Sadıqov İvanovo Tibb Akademiyasının Daxili Xəstəliklər Kafedrasında çalışmışdır. 2000-ci ildən bu günə qədər Kliniki Tibbi Mərkəzdə invaziv kardioloq işləyir, eyni zamanda Avrasiya Hospitalında çalışır. Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) idarə heyətinin üzvü, Türkiyə Kardioloji Dərnəyi (TKD) və Avropa Kardioloqlar Cəmiyyəti (ESC – European Society of Cardiology) üzvü, Tibb üzrə fəlsəfə doktorudur.