Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Ceyhun Həsən oğlu Abbasov 1972-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Bir sıra Avropa dövlətlərində, habelə Türkiyə, ABŞ, Mərakeş və digər ölkələrdə biznes görüşlərində, konfranslarında, seminarlarında iştirak edib.
Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliyyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir.
Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Naxçıvanda, Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.
“Avrora Şirkətlər Qrup"un əsas istehsal xətləri Abşeron yarımadasında – Hökməli Sənaye Mərkəzində yerləşir. Bu da istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edir. Məhsulların keyfiyyətli olması üçün istehsal müəssisələrində dünyanın yeni nəsil texnologiyaları tətbiq olunur.“Hökməli Sənaye Mərkəzi”ndə fəaliyyət göstərən zavodlarda ən qabaqcıl avadanlıqlar quraşdırılır.
Ceyhun Abbasov xeyriyyəçilik fəaliyyəti ilə geniş məşğul olur. Həvəskar musiqiçidir - Tar ifaçısıdır. Şeiriyyata maraq göstərir.
Ailəlidir, iki övladı var.Türk, Rus və İngilis dillərini bilir.
Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.