Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Ənvər Məmməd oğlu Quliyev 4 yanvar 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.
Orta təhsilini Ordubad şəhərində alıb. Özbəkistan Respublikasında həqiqi hərbi xidmət keçirmişdir.
1975-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyətini 1968-ci ildə Bakı GəmiQayırma Zavodunda başlamış,
1970-ci ildə 49 saylı MKİS-də mühəndis,
1973-cü ildə Nərimanov Rayonu Mənzil Təsərrüfat İdarəsində iqtisadçı,
1978-ci ildə 20 saylı MKİS-in rəisi,
1983-cü ildə Nərimanov Rayonu Mənzil Təsərrüfatı İdarəsinin rəis müavini, 1983-1985-ci illərdə Nərimanov Rayonu Təmir Tikinti İdarəsində rəis,
1985-1995-ci illərdə Nərimanov Rayonu Kommunal Təsərrüfat İdarəsinin rəisi, 1995-2000-ci illərdə Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının müavini, 2001-2012-ci illərdə Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfat Departamentində sədr vəzifəsində çalışmışdır.
2012-ci ildə təqaüdə çıxaraq
Türkiyənin İstanbul şəhərində yaşamışdır.
30 İyul 2019-cu ildə Bakı şəhərində vəfat etmişdir.
3 övladı var.
Ənvər Quliyev çalışdığı vəzifələrdən asılı olmayaraq dövlətçiliyə xidmət edərək, ölkəsinin hər anında əlindən gələn dəstəyi əsirgəməmiş, nəinki Bakıda ölkənin digər bölgələrində də xeyriyyəçiliklə məşğul olmuşdur.
Birinci Qarabağ müharibəsi zamanı çətin vəziyyətdə olan Ordubad rayonuna “Tusi, Xeyriyyə Cəmiyyəti vasitəsilə öz imkanları daxilində kömək göstərərək rayonun qorunmasında müstəsna xidməti olmuşdur.