Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
İsmayıl Məhərrəm oğlu Musa 1954-cü ildə Ordubad rayonunda anadan olub. 1961-1971-ci illərdə Ordubad rayonunun Yuxarı Əylis kənd orta məktəbində oxuyubdur – 1971-1976-cı illərdə ADU-nun (indiki BDU-nun) Tarix fakültəsində ali təhsil alıbdır (Marks təqaüdçüsü olub və universiteti fərqlənmə diplomu ilə bitiribdir) –1987, 1997, 1998, 1999, 2010 və 2016-cı illərdə SSRİ-nin Moskva Dövlət, Türkiyənin Orta Doğu Texnik və Boğaziçi, Fransanın Nitsa universitetlərində, Azərbaycan Dövlət İdarəetmə Akademiyasında, AMEA-nın A.Bakıxanov adına Tarix institutunda ixtisasartırma kursları keçmişdir – 1992-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) çalışır. Tarix elmləri doktorudur. BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının professorudur.