Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Quliyev Eldar Abbasqulu oğlu 1943-cü ildə Ordubad şəhərində anadan olub. 1948-1958-ci illərdə Ordubad şəhərində S.Vurğun adına orta məktəbdə təhsil alıb.
1958-1960-cı illərdə Ordubad şəhər Konserv zavodunda fəhlə, 2 №-li məktəbdə texniki işci kimi çalışıb.
1961-ci ildə Bakı şəhərində Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin Memarlıq şöbəsinə daxil olub.
1962-ci ildə Ordu sıralarına çağırılıb. Moskva vilayəti Hava Hücümundan Müdafiə qoşunlarında 3 (üç) il xidmət edib. 1965-ci ildə Ordu sıralarından tərxis edilib. Təhsilini Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində davam etdirib.
1966-1974-cü illərdə Respublika Dövlət Plan Komitəsinin Xüsusi Bədii Konstruktor Bürosunda (XBKB) sektor müdiri və Həmkarlar təşkilatının sədri olub. Fəaliyyətinə görə Fəxri Fərman və Medallarla təltif edilib.
1974-1977-ci illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayonu Xalq deputatları Sovetinin İcrayə Komitəsi nəzdində Lahiyə-Smeta Bürosunun rəisi vəzifəsinə təyin edilib.
1977-ci ildə Bakı şəhər Oktyabr rayonu XDS-nin İcrayə Komitəsinin Sədr Müavini vəzifəsinə seçilib.
1978-1980-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ali Partiya məktəbini (axşam şöbəsi) bitirib.
1975-1983-cü illərdə 3 (üç) çağırış Oktyabr rayon XDS-ə deputat seçilib.
1979-cu ildə Oktyabr Rayon Partiya Komutəsinə üzv qəbul edilib.
1979-cu ildə Azərbaycan Memarlar İttifaqına üzv qəbul edilib.
1979-cu ildə Kiyev şəhərində Ali Partiya və Sovet rəhbərləri üçün təşkil edilmiş Hərbi Hazırlıq kursu keçmiş və Zabit rütbəsi almışdır.
1982-ci ilin dekabr ayında öz xahişi ilə Azərbaycan Eimlər Akademiyasına köçürülmüş və işlər idarəsinin müdiri vəzifəsində işə başlamışdır.
1998-ci ildə “Abşeronun yaşayış evləri və tikinti mədəniyyəti'' adlı monoqrafiyası nəşr olunmuşdur.
2001-2020-ci illərdə AMEA Rəyasət Heyətində şöbə rəisinin müavini və şöbə rəisi vəzifəsində çalışmışdır.
Hazırda təqaüddədir.
1991-ci ildən “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvüdür.