Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Əliyev Mehrac Məmməd oğlu 03 aprel 1951-ci ildə Naxçıvan MR Ordubad rayonunun Vənənd kəndində anadan olub.
1958-ci ildə Vənənd kənd orta məktəbinin I sinfinə daxil olub, 1968-ci ildə bu məktəbin X sinfini bitirib.
14 sentyabr 1968-ci ildən 07 iyul 1969-cu ilədək Culfa rayon tikinti idarəsində fəhlə işləyib.
1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialına daxil olub, 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini, 1988-1992-ci illərdə qiyabi yolla ikinci ali təhsil alaraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsini İqtisadçı-Təşkilatçı ixtisası üzrə bitirib.
31 avqust 1973-cü ildən 26 avqust 1987-ci ilədək təyinatım üzrə Ordubad rayonunun Dırnıs kənd orta məktəbində müəllim, eyni zamanda qiyabi orta məktəbdə müdir vəzifəsində işləyib.
26 avqust 1987-ci ildən 11 yanvar 1990-cı ilədək Vənənd kənd orta məktəbində müəllim, eyni zamanda qiyabi orta məktəbdə müdir vəzifəsində işləyib.
08 yanvar 1990-cı ildən 27 sentyabr 1990-cı ilədək Vənənd sovetliyi üzrə Kalinin adına Kolxozda sədr, 27 sentyabr 1990-cı ildən 01 aprel 1993-cu ilədək Ordubad rayon Aqrar-Sənaye Kombinatında Baş direktorun müavini, 01 aprel 1993-cü ildən 01 may 1994-cü ilədək Ordubad rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində İqtisadiyyat şöbəsində rəis vəzifəsində işləyib.
Ordubad rayonunda YAP-ın yaradıcılarından biri olub.
1993-cü ildən YAP-ın üzvü, Vənənd sovetliyi üzrə YAP-ın ilk təşkilatın sədri, Ordubad rayon YAP-ın İdarə Heyəti sədrinin birinci müavini kimi fəaliyyət göstərib.
1993-cü il Prezident seçkilərində 7 kəndi əhatə edən Vənənd sovetliyi üzrə seçki məntəqəsinin sədri olub.
30 aprel 1994-cü ildən 22 avqust 1996-cı ilədək Azərbaycan Respublikası Naxçıvan MR Ordubad rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.
16 sentyabr 1997-cı ildən 21 iyun 2000-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş idarə rəisi, 21 iyun 2000-ci ildən 16 noyabr 2004-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi və Karantini idarəsində rəis vəzifəsində işləyib.
11 oktyabr 2007-ci ildən 18 dekabr 2015-ci ilədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində İnfrastrukturun İnkişafi Baş idarəsində idarə rəisi işləyib.
“Tusi” Xeyriyyə Cəmiyyəti Ağsaqqallar Şurasının sədr müavinidir.