Telman Babayev

Telman Babayev

Alim

30 sentyabr 1942-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüs-nüs kəndində anadan olub. Həmin kənddə orta təhsilini alıb. Maliyyə-statistika texnikumunda qiyabi, Yeyinti sənaye texnikumunda axşam təhsil alıb. Nüs-nüs kəndində klub müdiri, Ordubad hidrometeoroloji xidməti idarəsində baş müşahidəçi, Bakı Biskvit fabrikində çilingər vəzifələrində işləyib.
1963-1965-ci illərdə hərbi xidmətdə olub. 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib, təyinatla institutun “Siyasi iqtisad” kafedrasında laborant vəzifəsində saxlanılıb. 1970-1973-cü illərdə aspiranturanın əyani şöbəsində təhsil alıb.
1974-cü ildə “İnqilabdan əvvəlki Azərbaycanda iqtisadi ukladlar” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi adını alıb. Kafedrada müəllim, baş müəllim vəzifələrində işləyib, 1981-ci ildə ona dosent elmi adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.