Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
Rövnəq Mirzə oğlu Rzayev 12.02.1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olub.
1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
1988-1989-cu illərdə Ordu sıralarında hərbi xidmıtdə olub.
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində əyani aspirant olub.
1996-cı ildən BDƏKİ-də, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
2014- cü ildə doktorluq dissertasiya işini müdafiə edərək fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib. 2020-ci ildən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiridir.
160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu (xarici) jurnallarda olmaqla 65 məqalənin, 20-yə qədər Beynəlxalq (xarici) və 45-dən yuxarı Respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin və 8 proqram və metodiki vəsaitin müəllifidir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Ailəlidir, üç övladı var.