Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir.
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.
2023-03-21 22:23:11
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
Xalqları - etnosları, onların məişətini, adətlərini, etnik biliklərin yaranması və inkişafını, onların yayılması və qarşılıqlı mədəni əlaqələrini, öyrənən etnoqrafiya elminin tarixi çox qədimdir. Qədim Misir, Babilistan, Assuriya, Qədim Hindistanın və Çinin yazılı mənbələrində, antik ədəbiyyatda, orta əsr tarixçi və etnoqrafların əsərlərində müxtəlif etnoqrafik məlumatlara rast gəlirik.
Yazının tamamı üçün : klik edin.
2023-03-21 19:22:58
1948-ci ildə İranda dünyaya gəlmiş, Uqandada böyümüş və Böyük Britaniyada təhsil almışdır. Belçikada Avropa və Amerika ədəbiyyatını tədris etmiş, sonradan Fransaya getmişdir. 2007-ci ildə Behiyyə Naxçıvani Lyej Universitetindən fəxri doktorluq dərəcəsi qəbul etmişdir. Onun kitabları dünyanın bir çox dillərə tərcümə olunmuşdur. Behiyyə Naxçıvaninin atası Əli Naxçıvani dünyaca məşhur Bəhailərdən biridir. Əli Naxçıvanı 1919-cu ildə Şüvəlanda anadan olmuşdur. O anadan olan ərəfədə atası Əli Əkbər Naxçıvani vəfat etmişdir. Bundan sonra fələstinli Bəhai olan anası onu Fələstinə gətirmiş və o, burada təhsil almışdır. 1951-ci ildə isə, yəni Behiyyə dünyaya gəldikdən 3 il sonra Bəhailiyi yaymaq üçün Uqandaya getmişdir. Bəhailiyin ali orqanlarından olan Ümumdünya Ədalət Evinin Ali Şurasının uzun müddət üzvü olmuşdur. Ailənin kökü Ordubad şəhərindəndir.
Qeyd: Behiyyə Naxçıvani (24 fevral 1948, İran) — Uqandada böyüyən və Birləşmiş Krallıq və ABŞ-da təhsil alan İranlı Bəhai dinin ardıcılı olan yazıçıdır. İndi dərs dediyi Fransada yaşayır.