Hinduşah Naxçıvani

Hinduşah Naxçıvani

Ədib, mütərcim, şair, katib, dövlət xadimi

Hinduşah Naxçıvani (tam adı: Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani; 1245, Xarabagilan, Ordubad rayonu – 1328) — mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimidir.)

Elxanilər dövründə mühüm vəzifələrdə çalışmış, ərəb, türk və fars dillərini mükəmməl bilmiş, şeirlər yazmış, fars dilində nəsrin ən yaxşı nümunələrini yaratmışdır. Onun fars dilində yazdığı "Təcarüb əs-sələf" ("Sələflərin təcrübələri") əsəri Azərbaycanın və bəzi Yaxın Şərq ölkələrinin ictimai-siyasi tarixinə həsr olunmuşdur. Alimin yazdığı "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsərində 4000 sözü əhatə edən farsca-türkcə (azərbaycanca), fars dilinin Azərbaycan (türk) və ərəb dillərində izah olunan ilk qrammatikası verilmişdir. Məhəmməd ibn Hinduşah Naxçıvani "Dəstur əl-katib fi təyin əl-məratib" ("Dərəcələrin təyinində katibin göstərişləri") əsərinin müəllifidir.